Sudanda hərbi çevrilişə qarşı etirazlarda ölənlərin sayı 54 nəfərə çatıb

Sudanda hərbi çevrilişə qarşı etirazlarda ölənlərin sayı 54 nəfərə çatıb



Sudanda hərbi cevrilisə qarsi etirazlarda olənlərin sayi 54 nəfərə catib

Sudanda hərbi çevrilişə qarşı etirazlarda ölənlərin sayı 54 nəfərə çatıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Sudan Həkimləri Mərkəzi Komitəsinin məlumatında ​​deyilir.

Komitənin məlumatına görə, hərbi çevriliş əleyhinə 30 dekabrda keçirilən nümayişlər zamanı güllə yarası alan 23 yaşlı Abdullah Abbasın həyatını itirib.

Açıqlamada Abbasın ölümü ilə 30 dekabr 2021-ci il nümayişlərində həlak olanların sayının 6-ya, 25 oktyabr 2021-ci ildən bu günə kimi təsdiqlənmiş ölüm hallarının ümumi sayının isə 54-ə çatdığı qeyd edilir.

Ötən il dekabrın 19-da Ömər əl-Bəşirin 30 illik hakimiyyətinin devrilməsi ilə nəticələnən etirazların başlanmasının üçüncü ildönümündə Afrika ölkəsinin müxtəlif yerlərində genişmiqyaslı nümayişlər keçirilib. Etirazçılar ölkədə mülki administrasiyanın formalaşdırılmasını tələb ediblər.





Mənbə: https://report.az/diger-olkeler/sudanda-herbi-cevrilise-qarsi-etirazlarda-olenlerin-sayi-54-nefere-catib/

Comments are closed, but trackbacks and pingbacks are open.