Sudanda İŞİD-ə qarşı əməliyyat zamanı bir neçə hərbçi həlak olub

Sudanda İŞİD-ə qarşı əməliyyat zamanı bir neçə hərbçi həlak olub



Sudanda ISID ə qarsi əməliyyat zamani bir necə hərbci həlak olub

Suriyanın beş hərbi qulluqçusu İŞİD terror qruplaşması üzvlərinin tutulması üzrə əməliyyatın gedişatında həlak olub.

“Report”un məlumatına görə, bu barədə Sudan kəşfiyyatının mətbuat xidməti bildirib.

“Kəşfiyyat xidməti beş nəfəri itirib, onların arasında iki zabit və üç unter-zabit (bir sıra xarici ölkələrin ordularında aşağı komanda heyətinə mənsub hərbi qulluqçu- red) var, bir zabit yaralanıb”, – məlumatda deyilir.

Xəbərə əsasən, əməliyyatın gedişatında 11 terrorçunu yaxalamaq mümkün olub. Onlar müxtəlif ölkələrin vətəndaşlarıdır. Bununla yanaşı, dörd terrorçu qaçaraq gizlənə bilib, onlar təqib olunur.





Mənbə: https://report.az/diger-olkeler/sudanda-isid-e-qarsi-emeliyyat-zamani-bir-nece-herbci-helak-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.