“Sultan Palace”ın sahibi cərimələndi – 4 min manat – Yenicag.Az

“Sultan Palace”ın sahibi cərimələndi – 4 min manat – Yenicag.Az


Balakəndə polis əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində 5 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərininpozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən “Sultan Palace” şadlıq sarayında aparılan yoxlamalar zamanı qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə bağlı obyekti işlədən Yaşar Xəlilov inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.

Keçirilən yoxlamalar zamanı rayon ərazisində yerləşən “Xəzər”, “Karvan”, “Anar” və “Grand Palace” şadlıq saraylarında da analoji qayda pozuntularına rast gəlinib. Həmin obyektlərin icarədarları və sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb,barələrində cərimə protokolları tərtib edilib.

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/sultan-palacein-sahibi-cerimelendi-4-min-manat/

Comments are closed, but trackbacks and pingbacks are open.