“Sumqayıt” Araz Abdullayevlə müqavilə imzalayıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Sumqayıt” FK dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.

Belə ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb. Təcrübəli oyunçu komandada “78” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Araz Abdullayev son klubu olan “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ” və “Boluspor” kimi klubların uğurları üçün də çalışıb. Abdullayev U-17, U-19, U-21 və “A” milli komandanın şərəfini qoruyub.





Mənbə: https://report.az/futbol-xeberleri/sumqayit-araz-abdullayevle-muqavile-imzalayib/

Comments are closed, but trackbacks and pingbacks are open.