“Sumqayıt” klubu kapitanı ilə müqaviləni uzatdı

"Sumqayıt" klubu kapitanı ilə müqaviləni uzatdı



Sumqayit klubu kapitani ilə muqaviləni uzatdi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk olaraq kapitanla müqaviləni yeniləyib. Belə ki, Vurğun Hüseynov növbəti mövsümdə də komandamızda çıxış edəcək.

Qeyd edək ki, Vurğun Hüseynov “Sumqayıt” FK-nın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda komandamızda debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb. O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Vurğun həmçinin Azərbaycanın U-21 və “A” millilərində də çıxış edib.





Mənbə: https://report.az/futbol-xeberleri/sumqayit-klubu-kapitani-ile-muqavileni-uzatdi/

Comments are closed, but trackbacks and pingbacks are open.