“Suraxanı Maşınqayırma Zavodu”nun Müşahidə Şurasının ilk iclası keçirilib

“Suraxanı Maşınqayırma Zavodu”nun Müşahidə Şurasının ilk iclası keçirilib



Suraxani Masinqayirma Zavodunun Musahidə Surasinin ilk iclasi kecirilib

Nəzarət səhm zərfi tamamilə dövlətə məxsus olan “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin yeni yaradılmış Müşahidə Şurasının (MŞ) ilk iclası keçirilib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, səhmdar cəmiyyətində Ümumi Yığıncağın səlahiyyətlərini həyata keçirən Dövlət Xidmətinin müvafiq sərəncamı ilə zavodun nizamnaməsinə bir sıra dəyişikliklər edilib, Cəmiyyətin sədrinin səlahiyyətləri kollegial icra orqanı olan İdarə Heyətinə ötürülüb, müəssisəyə ümumi rəhbərliyi həyata keçirən Müşahidə Şurası yaradılıb. Məqsəd dövlət əmlakının səmərəli istifadə olunması, qərarların kollegial olaraq qəbul edilməsi, fəaliyyətə edilən nəzarətin təkmilləşdirilməsidir.

İclasda cəmiyyətin yeni idarəetmə strukturu, idarəetmə orqanlarının səlahiyyət bölgüləri, vəzifələri, korporativ idarəetmə sahəsindəki müasir çağırışlar, müəssisənin səmərəli fəaliyyətinin təşkil edilməsi üçün atılacaq addımlar geniş müzakirə edilib.

İclas başa çatdıqdan sonra zavodun istehsalat sahəsinə, texnoloji parkına və hazır məhsullarına birlikdə baxış keçirilib.





Mənbə: https://report.az/senaye/suraxani-masinqayirma-zavodu-nun-musahide-surasinin-ilk-iclasi-kecirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.