Suriyada koalisiyanın hərbi bazası raket atəşinə tutulub

Suriyada koalisiyanın hərbi bazası raket atəşinə tutulub



Suriyada koalisiyanin hərbi bazasi raket atəsinə tutulub

ABŞ-ın və qərbyönlü koalisiyanın Suriyanın cənubundakı Ət-Tanfe rayonunda yerləşən hərbi bazası raket atəşinə tutulub.

“Report” xəbər verir ki, bu barədə şahidlərə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.

Belə ki, bazanın Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında yerləşdiyi ərazidə bir neçə partlayış səsi eşidilib. Hərbi qulluqçular arasında itkilər və maddi ziyan barədə ətraflı məlumat verilməyib.

ABŞ hərbi komandanlığının Bağdaddakı nümayəndəsi Ət-Tanfedəki bazaya raket atılması faktını təsdiqləyib. Qeyd olunub ki, zərbələr pilotsuz uçuş aparatları tərəfindən həyata keçirilib.





Mənbə: https://report.az/diger-olkeler/suriyada-koalisiyanin-herbi-bazasi-raket-atesine-tutulub/

Comments are closed, but trackbacks and pingbacks are open.