Sürücüdən narkotik vasitə tapıldı | Report.az

Biləsuvarda 3 narkotacir saxlanıldı | Report.az



Biləsuvarda 3 narkotacir saxlanildi Reportaz

Şübhəli hərəkətlər edən sürücüdən narkotik vasitə aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən hərəkətdə olan “Vaz 2106” markalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müşahidə ediblər. Həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan şəxsin Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F.Salayev olduğu müəyyən edilib. Avtomobilə keçirilən baxış zamanı əl çantasından 1 bükümdə külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitənin izləri olan 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/surucuden-narkotik-vasite-tapildi/

Comments are closed, but trackbacks and pingbacks are open.