Şuşada üzərində reklam yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı təsdiqlənib

Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq



Haber Global Anim gunu ilə bagli Susadan reportaj yayib

Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı təsdiqlənib.

“Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycanın 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Nazirlər Kabineti tərəfindən müvafiq Qərarın qəbul edilməsi Şuşa şəhəri ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması, salamatlığının təmin edilməsi, quruluşuna xələl gətirilməməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasına hüquqi zəmin yaradır, həmçinin ərazidə qoruq rejiminin tətbiqinə imkan verir. Bununla Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin dövlət tərəfindən mühafizəsi gücləndirilir.





Mənbə: https://report.az/daxili-siyaset/susada-uzerinde-reklam-qurgularinin-yerlesdirilmesi-qadagan-edilen-abidelerin-siyahisi-tesdiqlenib/

Comments are closed, but trackbacks and pingbacks are open.