“Suzuki” şirkəti “Toyota”la birgə elektromobil buraxacaq

“Suzuki” şirkəti “Toyota”la birgə elektromobil buraxacaq



Suzuki sirkəti Toyotala birgə elektromobil

“Suzuki” və “Toyota” şirkətləri elektrikli avtomobillər istehsal edəcəklər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunun üçün müştərək müəssisə yaradılıb.

“Toyota” ötən gün sövdələşmənin bəzi detallarını təsdiq edən informasiya dərc edib. Məlumata görə, “Suzuki” və “Daihatsu” birgə müəssisədə digər maraqlı tərəflərlə, o cümlədən “Isuzu”yla birgə 10 %-lik pay sahibi olacaqlar. Əsas səhm paketi isə “Toyota”da olmaqla 60 % təşkil edəcək.

Qeyd edilir ki, “Suzuki” və “Toyota” aparıcı təhlükəsizlik texnologiyaları ilə təchiz olunan kompakt avtomobillər yaratmalıdırlar. İstehsalçılar həm də elektrikləşmə texnologiyalarından istifadə sahəsində əməkdaşlıq edəcəklər.

Xatırladaq ki, daha əvvəl “Suzuki” 2025-ci ilə Hindistan bazarına elektromobil çıxarmaq niyyətində olduğunu bəyan edib.





Mənbə: https://report.az/senaye/suzuki-sirketi-toyota-la-birge-elektromobil-buraxacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.