Syerra-Leonedə ölüm cəzası ləğv edilib

Syerra-Leonedə ölüm cəzası ləğv edilib



Syerra Leonedə olum cəzasi ləgv edilib

Afrikanın qərbində yerləşən Syerra-Leonedə ölüm hökmü ləğv olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu prezident Julius Maada Bio müvafiq qanunu imzaladıqdan sonra elan edib.

Prezidentin imzaladığı qanun keçən il iyul ayında ölkənin bir palatalı parlamenti tərəfindən qəbul edilib.

Ölüm cəzası 1991-ci ildən qüvvədə olub. Bu cəzaya vətənə xəyanət, qiyam, qətl və ya ağırlaşdırılmış oğurluq edənlər layiq görülüb.

Ölkədə sonuncu dəfə ölüm cəzası 1998-ci ildəki çevriliş cəhdinə görə tətbiq edilib. Buna baxmayaraq, Syerra-Leonedə ağır cinayətlərə görə ömürlük həbs cəzası saxlanılır.





Mənbə: https://report.az/diger-olkeler/syerra-leonede-olum-cezasi-legv-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.