Təcili yardım maşını qəzaya düşdü – Yaralanan var – Yenicag.Az

Təcili yardım maşını qəzaya düşdü – Yaralanan var


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı, 1966-cı il təvəllüdlü Əhmədli Aybəniz Qələndər qızı xəsarət alıb. Yaralı digər təcili yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ mil sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/tecili-yardim-masini-qezaya-dusdu-yaralanan-var/

Comments are closed, but trackbacks and pingbacks are open.