Mədəniyyət

Təhqir olunan futbolçu matçın fasiləsində karyerasını bitirdi


Futbol üzrə Şotlandiya II liqasının “Stenhauzmur” – “Albion Rovers” matçında qeyri-adi hadisə baş verib.

“Report” xəbər verir ki, fasilədə əvəzlənən qonaq komandanın hücumçusu Devid Koks karyerasını bitirdiyini elan edərək stadiondan ayrılıb.

32 yaşlı forvard ilk hissənin gedişində meydan sahiblərinin müdafiəçisi Conatan Tiffoni ilə mübahisə edib. Bu zaman ehtiyatda oturan rəqib futbolçular Koksun ruhi xəstə olduğunu bildirərək, onu təhqir ediblər. Nəticədə o, futbolla vidalaşmağa qərar verib.

Futbolçunun qərarını dəstəklədiyini açıqlayan “Albion Rovers” insidentlə bağlı araşdırma aparılacağına söz verib.

Qeyd edək ki, Devid Koks 2019-cu ildə “Sky Sports” nəşrinə müsahibəsində daimi təhqirlərə görə həyatına qəsd etmək istədiyini bildirib. Ötən ilin yanvarında eyni səbəbdən karyerasını bitirən hücumçu bu ilin martında yenidən futbola qayıdıb.




Mənbə: https://report.az/futbol-xeberleri/tehqir-olunan-futbolcu-matcin-fasilesinde-karyerasini-bitirdi/

Related Articles

Back to top button