Təhsil naziri sualları cavablandıracaq

Təhsil naziri sualları cavablandıracaq


Təhsil naziri Emin Əmrullayev 4 avqust saat 16:00-da “Facebook” səhifəsi üzərindən 2020-2021-ci tədris ilində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandıracaq.

Axşam.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə paylaşımında məlumat verib. O bildirib ki, suallar 3 avqust saat 17:00-dək bu paylaşımın rəy bölməsində qeyd edilə bilər.

Canlı yayımda müsabiqəyə çıxarılan vakant yerlər, MİQ imtahanında istifadə edilən suallar, növbəti ildə tətbiq olunacaq yeniliklərlə bağlı suallar cavablandırılacaq.Təhsil naziri suallari cavablandiracaq



Mənbə: https://axsam.az/?name=xeber&news_id=134717

Comments are closed, but trackbacks and pingbacks are open.