Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 102 milyon manata çatdırılacaq

Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 102 milyon manata çatdırılacaq



Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitali 102 milyon manata catdirilacaq

Gələn il Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 22 milyon manat və yaxud 27,5% artırılaraq 80 milyon manatdan 102 milyon manata çatdırılacaq.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

Onun sözlərinə görə, artım tələbələrə verilməsi nəzərdə tutulan kreditlər üçün büdcədən ayrılacaq vəsait hesabına baş tutacaq.





Mənbə: https://report.az/maliyye-xeberleri/tehsil-telebe-krediti-fondunun-nizamname-kapitali-102-milyon-manata-catdirilacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.