“Təhsilin əlçatanlığı təmin olunmur” – Yenicag.Az

“Təhsilin əlçatanlığı təmin olunmur” – Yenicag.Az


“Yeganə çıxış yolu dərsləri ya tamamilə əyani, ya da onlayn təşkil etməkdir”.

Yenicag.az-a daxil olan məlumata görə, ali təhsil müəssisələrində dərs qrafikinin tənzimlənməsi ilə bağlı qarışıq vəziyyət tələbələrə çətinlik yaradır. Belə ki, bir qrupda 25 nəfər varsa, jurnal siyahısı ilə 1,3,5 – təkdə olanlar həftənin tək günləri, digərləri isə həftənin cüt günləri dərsə gəlir. İki həftə davam edən bu vəziyyətlə cüt günlərə düşənlər dərsə onlayn şəkildə qoşulurlar. Çox hallarda isə onlayn qoşulanlar dərsi qaçırır, internetə qoşula bilmir. Nəticədə alt-üst həftə olanda da tələbələr dərslərin çoxundan kənarda qalırlar. Çünki ənənəvi tədris ərəfəsində onlayn dərs effektiv olmur. Bu proseslər müəllimlər üçün də çətinlik yaradır.

Mövcud problemlə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, əslində Nazirlər Kabinetinin qərarına əsasən dərslər əyani şəkildə təşkil olunmalıdır:

“Təəssüf ki, bir çox ali və orta ixtisas təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı xaotik bir rejim tətbiq olunub. Bu isə istər müəllim, istərsə də tələbələri qarışıq durum qarşısında qoyur. Nəticədə tədrisin davamlılığı pozulur, təhsilin əlçatanlığı təmin olunmur.
Nazirlər Kabinetinin qərarında son hissədə dərslərin təşkili ilə bağlı epidemioloji vəziyyətin nəzərə alınması tövsiyə olunub. Amma bu, o demək deyil ki, dərsləri yarı əyani, yarı onlayn təşkil edin. Burada başqa metodları tətbiq etmək də olardı. Yəni məsafə saxlanılması, vaksinasiya olunan tələbələrin əyaniyə, olunmayanların onlayn təhsilə cəlb olunması, izolyasiya qaydalarına riayət və s. tətbiq olunmalıdır.

İndiki halda bu qarışıq vəziyyətdən yeganə çıxış yolu dərsləri ya tamamilə əyani, ya da onlayn təşkil etməkdir. Mütləq ki, bunlardan birinə qərar verilməlidir. Mən daha çox əyani tərəfdarıyam və universitetləri də əyani tədrisə səsləyirəm. Bu, həm təhsilin keyfiyyəti üçün uyğundur, həm də bölgələrdən gələn şəxslərin artıq mənzillər kirayələməsi ilə əlaqədardır. Hətta bir neçə tələbə var ki, onlar kirayə ev üçün öncədən 2-3 ayın ödənişini etdiklərini bildirirlər. Belə olan halda tələbələri anlaşılmaz vəziyyət qarşısında qoymaq məsələyə doğru yanaşma olmamaqla yanaşı, həm də humanist yanaşma deyil”.

Gülşən Şərif

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/nazirler-kabinetinin-qerarini-hece-sayan-ali-tehsil-muessiselerinin-yeni-qanunu-tehsilin-elcatanligi-temin-olunmur/

Comments are closed, but trackbacks and pingbacks are open.