Dünya xəbərləri

Təsnifat turnirində iştirak edəcək sərbəst güləşçilərimiz açıqlandı


Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının Bolqarıstanın paytaxtı Sofiyada Dünya Olimpiya Təsnifat turniri üçün heyəti açıqlanıb.

Federasiyadan “Report”a verilən məlumata görə, bu gün baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında sözügedən ölkəyə yollanan komandanın heyətində Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) yer alıb.

Yarışın proqramına əsasən, sərbəst güləşçilər mayın 6-7-də Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparacaq.

Dünya Olimpiya Təsnifat Turniri 6 – 9 mayda gerçəkləşəcək.

Qeyd edək ki, güləşin bu növündə 65, 74 və 97 kq-da olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.




Mənbə: https://report.az/ferdi/olimpiya-tesnifat-turnirinde-istirak-edecek-millimizin-heyeti-aciqlandi/

Related Articles

Back to top button