Təyyarəyə minməkdən qorxurlar – Siyahı

Təyyarəyə minməkdən qorxurlar - Siyahı


Təyyarə fobiyasından əziyyət çəkən bir çox məşhurlar var ki, onlar bununla illərdir mübarizə aparırlar. Çünki bir çoxları bir ölkədən digərinə sırf təyyarə ilə uçmaq məcburiyyətində qalırlar.

Axşam.az xarici mediaya istinadən təyyarə qorxusu olan məşhurları və onunla mübarizə üsullarını təqdim edir:

Hollivud ulduzu Meqan Foks təyyarədə olarkən qorxusu ilə musiqi vasitəsiylə mübarizə aparır. O bildirib ki, təyyarə qorxusu onda Los-Ancelesdə yaşadığı ərəfədə başlayıb. Tez-tez Nyu-Yorka getməli olan aktrisa həfətə iki dəfə təyyarəyə minmək məcburiyyətindı qalıb. Aktrisa bununla musiqiyə qulaq asaraq mübarizə apardığını bildirib.

Cennifer Eniston isə bildirir ki, hər dəfə təyyarəyə minəndə həyatının sonu olduğunu düşünür. 2019-cu ilə qədər aktrisa səyahətlərini çox rahat etdiyini deyib. 3 il əvvəl isə təyyarədə uçarkən qorxulu hadisə ilə rastlaşıb və həmin gündən fobiyası yaranıb. Kortni Korsla Meksikaya uçan sənətçi hava gəmisinin qəza vəziyyətinə düşdüyünü qorxu ilə anladıb.

Mayli Sayrus da təyyarədə olarkən qəza vəziyyətinin yarandığını və həmin andan qorxusu yarandığını açıqlayıb. Britaniyaya musiqi festivalına uçan müğənni sağ çatacağına inanmadığını deyib. Həmin andan o, təyyarəyə minməkdən qorxur. Sayrus səyahətlərini bacardığı qədər quru yolla etməyə çalışır.

Cennifer Lourens təyyarədən qorxan məşhurlardandır. O bildirib ki, təyyarədə olanda panik-atak keçirir. Çox qorxan Lourens özünü idarə edə bilmir. Buna səbəb isə təyyarənin bir dəfə hava boşluğuna düşməsi olub. İndi təyyarədə elə hal olanda Cennifer qışqırmağa başladığını etiraf edib.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137483

Comments are closed, but trackbacks and pingbacks are open.