Türkiyənin İraqda zərərsizləşdirdiyi PKK terrorçularının sayı 46-ya çatdı

Türkiyənin silahlı qüvvələri İraqın şimalındakı “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın iki terrorçusunu zərərsizləşdirib. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin xəbərində deyilir. “Regionda aşkar edilmiş PKK-nın iki terrorçusu ATAK helikopteri vasitəsilə zərərsizləşdirilib. Beləliklə, əməliyyatın gedişatında zərərsizləşdirilən terrorçuların sayı 46 nəfərə çatıb”, – xəbərdə deyilir. TürkiyəARDINI OXU