“Taliban” qadınlarla bağlı yeni qadağalar qoyub

“Taliban” qadınlarla bağlı yeni qadağalar qoyub



Taliban qadinlarla bagli yeni qadagalar qoyub

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı avtobus sürücülərinə namaz vaxtı işlərini dayandırmağı, qadınlara hicabsız səyahət etməməyi tövsiyə edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, qadınlar ictimai nəqliyyatda hicabsız səyahət edə bilməzlər və qohumlarının müşayiəti olmadan 78 kilometrdən çox məsafə qət edə bilməzlər.

Bundan əvvəl “Kabul News” telekanalı məlumat vermişdi ki, “Taliban” hərəkatı avtomobillərdə musiqiyə qulaq asmağı və qadınların nəqliyyat vasitələrində hicabsız getməyi qadağan edib.





Mənbə: https://report.az/diger-olkeler/taliban-qadinlarla-bagli-yeni-qadagalar-qoyub/

Comments are closed, but trackbacks and pingbacks are open.