“Taliban” qrupu Tacikistana hücuma hazır olduğunu bəyan edib

"Taliban" Əfqanıstanda 4 nəfəri edam edib



Taliban Əfqanistanda 4 nəfəri edam edib

Tacikistanda fəaliyyət göstərən “Camaat Ənsarullah” qrupunun rəhbəri Mehdi Arsalan ölkədə hakimiyyəti ələ keçirməyə hazır olduğunu bəyan edib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, tacik “taliblər”inin rəhbəri Mehdi Arsalan Əfqanıstanın Tacikistanla sərhəddə yerləşən bir neçə rayonuna nəzarət edir.

Tacikistanla Əfqanıstan arasındakı münasibətlər sentyabrın sonunda pisləşib. Gərginlik Tacikistan Prezidenti Emoməli Rəhmonun BMT Baş Assambleyasının növbədənkənar sessiyasında etdiyi çıxışla daha da artıb.





Mənbə: https://report.az/diger-olkeler/taliban-tacikistana-hucuma-hazir-oldugunu-beyan-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.