“Taliban” rəsmisi: “Əfqanıstanda yaxın gələcəkdə nizami ordu qurulacaq”

“Taliban” rəsmisi: "Əfqanıstanda yaxın gələcəkdə nizami ordu qurulacaq"



Taliban rəsmisi Əfqanistanda yaxin gələcəkdə nizami ordu qurulacaq

“Əfqanıstanda yaxın gələcəkdə nizami ordu qurulacaq”.

“Report” “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, bunu “Taliban” silahlıları qərargahının rəisi Kari Fasihuddin sentyabrın 15-də Kabildə keçirilən mitinqdəki çıxışında deyib.

Onun sözlərinə görə, Əfqanıstanı müdafiə etmək qabiliyyəti olması üçün ordu təlim görməlidir.

K.Fasihuddin bildirib ki, “Taliban” 20 il ərzində əldə edilən nailiyyətləri qorumaq və demokratiyanı dəstəkləmək üçün “etnik mənsubiyyət” və “müqavimət” adından çıxış edənləri cəzalandıracaq: “Onlara Əfqanıstanı parçalamağa və təhlükəsizliyi pozmağa icazə verməyəcəyik”.





Mənbə: https://report.az/diger-olkeler/taliban-resmisi-efqanistanda-yaxin-gelecekde-nizami-ordu-qurulacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.