Tanınmış futbolçu Polşa millisinin baş məşqçisi ola bilər

Tanınmış futbolçu Polşa millisinin baş məşqçisi ola bilər



Taninmis futbolcu Polsa millisinin bas məsqcisi ola bilər

İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro Polşa yığmasının baş məşqçisi ola bilər.

“Report” “Sport Interia”ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bu vəzifəyə əsas namizədlərdən biridir.

Təyinat gerçəkləşsə, veteran müdafiəçi bir müddət öncə istefa verən Paulu Souzanı əvəzləyəcək.

Onun son iş yeri Çinin “Quançjou Everqrand” klubu olub.

Qeyd edək ki, 2006-cı ildə “Qızıl top” mükafatını qazanmış Fabio Kannavaro ölkəsində “Napoli”, “İnter” və “Yuventus” kimi komandaların, həmçinin İspaniyada “Real Madrid”in formasını geyinib. O, İtaliya millisində 136 oyun keçirib və 2 qol vurub.





Mənbə: https://report.az/futbol-xeberleri/taninmis-futbolcu-polsa-millisinin-bas-mesqcisi-ola-biler/

Comments are closed, but trackbacks and pingbacks are open.