TBMM sədri TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin şərəfinə ziyafət verib

TBMM sədri TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin şərəfinə ziyafət verib


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlament sədrlərinin şərəfinə ziyafət verib.

“Report” xəbər verir ki, bu barədə TBMM-nin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Dünya Parlament Sədrlərinin 5-ci Konfransın qatılan TÜRKPA parlament sədrləri şərəfinə rəsmi ziyafət təşkil olunub.

Milli Məclisin sədri Sahibə Qafarova da ziyafətdə iştirak edib.





Mənbə: https://report.az/region-xeberleri/tbmm-sedri-turkpa-ya-uzv-olkelerin-parlament-sedrlerinin-serefine-ziyafet-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.