Tennisçilər saxta vaksin sənədinə görə cəzalanacaqlar

Tennisçilər saxta vaksin sənədinə görə cəzalanacaqlar



Tenniscilər saxta vaksin sənədinə gorə cəzalanacaqlar

Peşəkar Tennisçilər Assosiasiyası (ATP) saxta COVID-19 sənədi təqdim edən oyunçuları cəzalandıracaq.

“Report” “L Equipe” nəşrinə istinadən xəbər verir ki, idmançılar vaksin məlumatlarının saxtalaşdırılmasına görə 100 min dollar cərimə ediləcək və ya qurumun bayrağı altında keçirilən yarışlardan 3 ilədək kənarlaşdırılacaqlar.

Bildirilib ki, bu, yalnız peyvəndin məcburi olduğu ölkələrdəki yarışlara aiddir.

Qeyd edək ki, daha əvvəl “Australian Open” turnirinin direktoru Kreyq Tayli “Nine Network” telekanalına müsahibəsində yarışda iştirak etmək istəyən tennisçilərdən peyvənd sənədi tələb olunacağını söyləyib. Turnir 2022-ci il yanvarın 17-dən 30-dək Melburnda keçiriləcək.





Mənbə: https://report.az/ferdi/tennisciler-saxta-vaksin-senedine-gore-cezalanacaqlar/

Comments are closed, but trackbacks and pingbacks are open.