Terrorçuluqda təqsirləndirilən ermənilərin məhkəməsi keçirilib

Terrorçuluqda təqsirləndirilən ermənilərin məhkəməsi keçirilib



Terrorculuqda təqsirləndirilən ermənilərin məhkəməsi kecirilib

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları – Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah edilib.
Daha sonra İ.Sarqsyanın vəkili vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxslə görüşə bilmədiyini deyib. Məhkəmədən xahiş edib ki, müvəkkili ilə görüşməyə şərait yaradılsın.

Vəsatət təmin edilib. 

Proses 2022-ci ilin yanvarın 10-dək təxirə salınıb.

15.03

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları – Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilir.

“Report” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edir.

Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə ittiham irəli sürülüb.





Mənbə: https://report.az/hadise/terrorculuqda-teqsirlendirilen-ermenilerin-mehkemesi-davam-etdirilir/

Comments are closed, but trackbacks and pingbacks are open.