“Texnofest-2022” festivalı Azərbaycanda keçiriləcək | Report.az

"Texnofest-2022" festivalı Azərbaycanda keçiriləcək | Report.az



Texnofest 2022 festivali Azərbaycanda keciriləcək Reportaz

Türkiyənin İstanbul şəhərində “Texnofest-2021″in açılış mərasimi baş tutub.

“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbir Atatürk Hava Limanında keçirilən sayca dördüncü festivaldır.

Eyni zamanda dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalıdır.

“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar mətbuat nümayəndələri ilə birgə festivalın keçiriləcəyi ərazini gəzərək jurnalistləri ölkənin müxtləlif nazirliklərinin təmsil olunduğu stendlərlə tanış edib.

O, daha sonra jurnalistlərə açıqlamasında “Texnofest-2022” festivalının Azərbaycanda təşkil olunacağını bildirib.





Mənbə: https://report.az/herbi-xeberler/texnofest-2022-festivali-azerbaycanda-kecirilecek/

Comments are closed, but trackbacks and pingbacks are open.