Tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi geri qaytarılacaq – Yenicag.Az

Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığortanın tətbiqinə başlanılır – Yenicag.Az


Bu gündən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi geri qaytarılacaq. 

Yenicag.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, vətəndaşlar tibb müəssisələrində ödənişlər edən zaman “ƏDV-ni geri al” mexanizmdən istifadə edə biləcəklər.

“Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Əgər vətəndaşımız tibb müəssisəsində 1000 manatlıq ödəniş edibsə, onun ödədiyi ƏDV 180 manatdır.  Bu halda həmin vəsaitin 15 faizi, yəni, 27 manatı vətəndaşımızın hesabına geri qaytarılacaq.  Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyatlarda nağdlı hesablaşmalar 500 manatadək məhdudlaşdırılır. Həmin məbləğdən artıq vəsaitlər yalnız nağdsız şəkildə ödəniləcək. Bu baxımdan, 1000 manatlıq ödəniş yalnız nağdsız olduğu üçün o əməliyyat üzrə 15 faiz geri qaytarma həyata keçiriləcək”.

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/tibbi-xidmetlere-gore-odenilen-edv-nin-de-bir-hissesi-geri-qaytarilacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.