Tokio-2020: CAR millisinin futbolçuları koronavirusa yoluxdu

Azərbaycanda daha 32 nəfər COVID-19-a yoluxub



38 yeni yoluxma fakti qeydə alinib

CAR-ın olimpiya yığmasının iki futbolçusunda koronavirus testi müsbət nəticə verib.

“Report”un məlumatına görə, CAR Futbol Assosiasiyası komandanın video-təhlilçisində də yoluxma aşkarlayıb. Hazırda bütün kollektiv karantindədir. Onlar məşqlərə başlamaq üçün bu gün verdikləri təkrar testin nəticələrini gözləyirlər.

Qeyd edək ki, CAR millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında Yaponiya, Meksika və Fransa ilə birgə A qrupunda yer alacaq. Futbol turniri 22 iyul – 7 avqustda təşkil olunacaq. Olimpiadaya isə avqustun 8-də yekun vurulacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/tokio-2020-car-millisinin-futbolculari-koronavirusa-yoluxdu/

Comments are closed, but trackbacks and pingbacks are open.