Tokio-2020: Çexiya millisində növbəti yoluxma aşkarlandı

Tokio-2020: Çexiya millisində növbəti yoluxma aşkarlandı



Tokio 2020 Cexiya millisində novbəti yoluxma askarlandi

Çimərlik voleybolu üzrə Çexiya millisinin üzvü Ondrjey Peruşiçin koronavirus testinin nəticəsi müsbət çıxıb.

“Report” Çexiya Milli Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, oyunçu epidemioloji qaydalara uyğun olaraq 10 günlük karantinə alınıb. Onun növbəti analizinin nəticəsi mənfi olarsa, olimpiadada iştirak edə biləcək.

Bu, Çexiya yığmasında ikinci yoluxma halıdır. Daha əvvəl adı açıqlanmayan bir idmançının da virusa yoluxduğu məlum olub.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.





Mənbə: https://report.az/komanda/tokio-2020-cexiya-millisinde-novbeti-yoluxma-askarlandi/

Comments are closed, but trackbacks and pingbacks are open.