Tokio-2020: Cüdoçumuz rəqibi görüşə çıxmadığı üçün 1/8 finala yüksəldi

Tokio-2020: Cüdoçumuz rəqibi görüşə çıxmadığı üçün 1/8 finala yüksəldi



Tokio 2020 Cudocumuz rəqibi gorusə cixmadigi ucun 18 finala yuksəldi

Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Report”un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Frederik Harris (Sierra Leone) ilə üz-üzə gəlməli idi.

Rəqibi qarşılaşmaya çıxmadığı üçün Fətiyevə texniki qələbə verilib. O, 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayi ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) yarışı medalsız bitirib.





Mənbə: https://report.az/ferdi/tokio-2020-cudocumuz-reqibi-goruse-cixmadigi-ucun-1-8-finala-yukseldi/

Comments are closed, but trackbacks and pingbacks are open.