Tokio-2020: Koronavirusa yoluxanların sayı 71-ə çatdı

Tokio-2020: Koronavirusa yoluxanların sayı 71-ə çatdı



Tokio 2020 Koronavirusa yoluxanlarin sayi 71 ə catdi

Tokio-2020 Yay Olimpiya Oyunları üçün 17 – 19 iyulda götürülmüş koronavirus testlərinin nəticələri bəlli olub.

“Report”un məlumatına görə, daha 9 nəfərin testi müsbət çıxıb. Həmin şəxslərin adları açıqlanmayıb.

Onlardan biri idmançı, digəri komanda üzvü, başqa biri könüllüdür. İnfeksiya aşkarlanan 6 nəfər isə olimpiadanın işçiləridir.

Beləliklə, Tokio-2020-də koronavirusa yoluxanların sayı 71-ə çatıb.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.





Mənbə: https://report.az/ferdi/tokio-2020-koronavirusa-yoluxanlarin-sayi-71-e-catdi/

Comments are closed, but trackbacks and pingbacks are open.