Tokio-2020: Taekvonduçularımızın ilk rəqibləri müəyyənləşdi

Tokio-2020: 10 min nəfər könüllü olmaqdan imtina etdi



Tokio 2020 10 min nəfər konullu olmaqdan imtina etdi

Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan taekvonduçularının ilk rəqibləri bəlli olub.

“Report”un məlumatına görə, 80 kq çəki dərəcəsindəki Milad Beigi Hərçəqani ilk olaraq Çin-Taybeyini təmsil edən Vei-Ting Liu ilə üz-üzə gələcək.

Qadın taekvondoçu Fəridə Əzizova isə Paige Mcphersonla (ABŞ) görüşəcək.

Taekvonda yarışlarına iyulun 24-də start veriləcək. Hər iki idmançı mübarizəyə iyulun 26-da başlayacaq.

Qeyd edək ki, Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.





Mənbə: https://report.az/ferdi/tokio-2020-taekvonducularimizin-ilk-reqibleri-mueyyenlesdi/

Comments are closed, but trackbacks and pingbacks are open.