Tokio-2020: Yaponiya liderliyini qorudu | Report.az

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə gedib.

“Report”un məlumatına görə, daha 21 dəst medal idman gimnastikası, beysbol-softbol, kanoe slalom, dağ velosipedi, suya tullanma, atçılıq, qılıncoynatma, cüdo, atıcılıq, sörfinq, üzgüçülük, taekvondo, triatlon və ağırlıqqaldırma növlərində sahiblərini tapıb. Beləliklə, 71 dəst medala 56 ölkənin idmançıları yiyələnib.

Yaponiya 18 (10 qızıl, 3 gümüş, 5 bürünc) medalla keyfiyyətcə birinci pillədə qərarlaşıb.

24 (9 qızıl, 7 gümüş, 8 bürünc) medal qazanan ABŞ 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 9 “qızıl”, 5 “gümüş” və 7 “bürünc”lə Çin tutur.

İki taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 49-cu pillədə qərarlaşıb.





Mənbə: https://report.az/ferdi/tokio-2020-yaponiya-liderliyini-qorudu/

Comments are closed, but trackbacks and pingbacks are open.