Tonqa kralı vulkan püskürməsi ilə əlaqədar təxliyə edilib

Tonqa kralı vulkan püskürməsi ilə əlaqədar təxliyə edilib



Tonqa krali vulkan puskurməsi ilə əlaqədar təxliyə edilib

Sakit Okeanda ada ölkəsi olan Tonqanın hakimiyyət orqanları sualtı Hunqa-Haapai vulkanının püskürməsi ilə əlaqədar dövlət başçısı kral VI Tupou paytaxt Nukualofedəki kral sarayından təxliyə edib.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Vulkan püskürməsindən sonra yaranan böyük dalğa paytaxtın bir neçə məntəqəsini, o cümlədən kral sarayının yaxınlığındakı ərazini su basıb.

Sunami xəbərdarlığı Yeni Zelandiya, Avstraliya və bir sıra Sakit okean adaları üçün də edilib.





Mənbə: https://report.az/diger-olkeler/tonqa-krali-vulkan-puskurmesi-sebebinden-texliye-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.