Tovuzda evdə müəmmalı yanğın olub

Tovuzda evdə müəmmalı yanğın olub


Tovuz rayonunda fərdi evdə yanğın olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhəri, Səyyad Qılıcov küçəsində yerləşən, Siranuş Ağayevaya məxsus fərdi evdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alov söndürülərək evin digər hissələrinə və yardımçı tikililərə keçməsinin qarşısı alınıb.

Ev sahibinin qızı Dilarə Əliyeva iddia edir ki, evdə yaşayış olmayıb. Onun sözlərinə görə, ev naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.





Mənbə: https://report.az/hadise/tovuzda-evde-muemmali-yangin-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.