Tovuzda toyda dava düşüb, bıçaqlananlar var – YENİLƏNİB

Tovuzda toy mərasimində dava düşüb, bir nəfər başından xəsarət alıb, daha bir nəfər isə bıçaqlanıb - YENİLƏNİB



Tovuzda toy mərasimində dava dusub bir nəfər basindan xəsarət alib

Tovuz rayonunda keçirilən toy mərasimində düşən mübahisə zəminində qonaqlardan biri başından xəsarət alıb. Onun yaxını isə bıçaqlanıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayon ərazisində keçirilən toy mərasimi zamanı tərəflər arasında yaşanan mübahisə zamanı bir nəfər başından xəsarət alıb. Daha sonra başından xəsarət alan şəxsin yaxını ilə hadisəni törətməkdə şübhəli bilinən şəxs arasından Tovuz çay kənarında mübahisə yaşanıb. Bu zaman həmin şəxs toyda xəsarət alanın yaxınına da bıçaqla xəsarət yetirib.

Xəsarət alanlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

00:21

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Tovuz çayının kənarında bıçaq xəsarəti alan kişi ağır halda xəstəxanaya aparılıb.

Onun hansı şəraitdə bıçaq xəsarəti aldığı və kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.





Mənbə: https://report.az/hadise/tovuzda-toyda-dava-dusub-bicaqlananlar-var-yenilenib/

Comments are closed, but trackbacks and pingbacks are open.