Toy məclisi təşkil etdilər – Cərimələndilər – Yenicag.Az

Toy məclisi təşkil etdilər – Cərimələndilər – Yenicag.Az


Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Balakürd, Tapqaraqoyunlu kəndlərində və Yeni Veyisli qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

 

 

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/toy-meclisi-teskil-etdiler-cerimelendiler/

Comments are closed, but trackbacks and pingbacks are open.