Toya 50 nəfərdən artıq qonaq çağıran ev sahibi cərimələndi

Toya 50 nəfərdən artıq qonaq çağıran ev sahibi cərimələndi


Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Novo-Saratovka kəndində karantin rejiminin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Axşam.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, kənd sakini 50 nəfərdən artıq qonaq çağırmaqla övladına kiçik toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=134626

Comments are closed, but trackbacks and pingbacks are open.