Toyunda geyindiyi gəlinliyi hədiyyə verdi

Toyunda geyindiyi gəlinliyi hədiyyə verdi - Video


Türkiyəli müğənni Ece Seçkin pilot sevgilisi Çağrı Tərləməzlə ailə həyatı qurduqdan sonra gəlinliyini hədiyyə edib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. O, toyunda geyindiyi 2 gəlinlikdən birini ötən gün konsertdən sonra pərəstişkarına bağışlayıb. 

“Nurten gəlinliyimi gördükdən sonra mənimlə əlaqə saxladı. Fotolarını və bədən ölçülərini mənə göndərdi. Dünən İzmirdə gerçəkləşən konsertimə gəldi. Həqiqətən də mənə oxşayan bir gəlin namizədi görmək çox həyəcanvericidir” deyə, o, bildirib.

Ece bundan başqa digər gəlinliyini də növbəti konsertində uyğun birinə hədiyyə edəcəyini açıqlayıb.

Toyunda geyindiyi gəlinliyi hədiyyə verdi

1632818160 908 Toyunda geyindiyi gəlinliyi hədiyyə verdi



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137012

Comments are closed, but trackbacks and pingbacks are open.