TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 7 %-dən çox artıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Bu ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 23 milyon 670,3 min ton, yük dövriyyәsi isә 5 milyard 585,9 milyon ton/km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 810,2 min ton və yaxud 3,3 % azdır.

Son 1 ildə yük dövriyyəsi isə 35,8 milyon ton/km və yaxud 0,6 % çoxdur.

Hesabat dövründə yüklərin 13 milyon 308,6 min tonu və yaxud 56,2 %-i avtomobil nəqliyyatı, 7 milyon 679,3 min tonu və ya 32,5 %-i dəmir yolu nəqliyyatı, 2 milyon 682,4 min tonu və yaxud 11,3 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,4 %-ni və yaxud 5 milyon 311,4 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 355,8 min ton və yaxud 7,2 % çoxdur.





Mənbə: https://report.az/infrastruktur/traceca-nin-azerbaycan-hissesinde-tranzit-dasimalar-7-den-cox-artib/

Comments are closed, but trackbacks and pingbacks are open.