Tufandağda həlak olan alpinistlərin xatirəsinə qoyulan lövhə YOXA ÇIXDI – Yenicag.Az

Tufandağda həlak olan alpinistlərin xatirəsinə qoyulan lövhə YOXA ÇIXDI – Yenicag.Az


Dörd il öncə Tufandağda həlak olan alpinistlərin xatirəsinə qoyulan lövhə oğurlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

“Dostlarımız, alpinistlər Namin, Babur və Fəridənin xatirəsinə Tufandağın şimal ətəyində Mahmuddərədə bir lövhə quraşdırmışdıq. Bu gün xəbər tutdum ki həmin lövhə oradan oğurlanıb. Bu xəbər mənə çox pis təsir etdi, cəmiyətimizdə ölülərə, qəbirlərə, xatirə yerlərinə, abidələrinə həmişə hörmət vardı, lövhəni quraşdıranda bu cür barbarlıqla rastlaşa biləcəyimizi ağlımıza belə gətirmədik. Bu gün bu inam sarsıldı, təəssüf ki…

Lövhə bürüncdən hazırlanmışdı, çox güman ki, metal yığan məntəqələrə satılıb və ya satılacaq. Tapılsa, onu metal məntəqədən pulu ilə alıb yenidən yerinə quraşdırmaq istərdik. Dostlar, xahiş edirəm, paylaşın ki, bunu edən şəxs görüb utansın və lövhə tapılıb yerinə qayıtsın”, – paylaşımda bildirilib.

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/tufandagda-helak-olan-alpinistlerin-xatiresine-qoyulan-lovhe-yoxa-cixdi/

Comments are closed, but trackbacks and pingbacks are open.