Tunis sahillərində 17 miqrant batıb

Tunis sahillərində 17 miqrant batıb



Tunis sahillərində 17 miqrant batib

Tunis sahillərində gəminin qəzaya uğraması səbəbindən 17 nəfər həyatını itirib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, gəminin göyərtəsində olan miqrantlar Liviyadan İtaliyaya getmək üçün Aralıq dənizini keçməyə çalışıblar.

Həyatını itirənlərin hamısı Banqladeş vətəndaşlarıdır.

Qeyd olunub ki, sahil mühafizəsi 380 nəfərin həyatını xilas etməyi bacarıb.





Mənbə: https://report.az/diger-olkeler/tunis-sahillerinde-17-miqrant-batib/

Comments are closed, but trackbacks and pingbacks are open.