Türkiyə klubunun prezidenti meydana girərək baş hakimə hücum çəkib

Türkiyə klubunun prezidenti meydana girərək baş hakimə hücum çəkib



Turkiyə klubunun prezidenti meydana girərək bas hakimə hucum cəkib

“Yeni Malatyaspor” və “Kayserispor” komandaları arasında keçirilmiş futbol üzrə Türkiyə Super Liqasının XVIII tur matçından sonra insident baş verib.

“Report”un məlumatına görə, Malatya təmsilçisinin prezidenti Adil Gevrek meydana daxil olaraq, oyunun baş hakimi Hüseyin Göçekə hücum çəkib. Buna referinin görüşün son dəqiqələrində qonaq komandanın lehinə penalti qərarı verməsi səbəb olub.

Göçek və köməkçiləri polislərin müşayiəti ilə paltardəyişmə otağına yollanıblar.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.





Mənbə: https://report.az/futbol-xeberleri/turkiye-klubunun-prezidenti-meydana-girerek-bas-hakime-hucum-cekib/

Comments are closed, but trackbacks and pingbacks are open.