Türkiyə ordusu bu il İraqda 831 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu bu il İraqda 831 terrorçunu zərərsizləşdirib



Turkiyə ordusu bu il Iraqda 831 terrorcunu zərərsizləsdirib

Cari ilin 7 ayı ərzində Türkiyə Silahlı Qüvvələri Şimali İraqda 831 terrorçunu zərərsizləşdirib, yaraqlıların sığınacaq kimi istifadə etdiyi 1 407 mağaranın girişini dağıdıb, 1 812 mina və partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib, eyni zamanda silah-sursat arsenalları aşkarlanıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi qeyd edib ki, Türkiyə hərbçiləri İraqda “Pençe-Şimşək” və “Pençe-Yıldırım” əməliyyatlarını uğurla davam etdirir.

Müdafiə Nazirliyi Türkiyə xüsusi təyinatlılarının RKK yaraqlılarının fəaliyyət göstərdiyi İraqın dağlıq bölgələrində apardığı əməliyyatların görüntülərini də paylaşıb. Kadrlarda xüsusi təyinatlı əsgərlərinin PKK terrorçularının istifadə edə biləcəyi tunel və mağaraları üzə çıxarması göstərilir.

Yaraqlıları aşkar etmək üçün pilotsuz təyyarələrdən fəal istifadə olunur. Lazım gəldikdə hava qüvvələri və artilleriya zərbələri, həmçinin desant qüvvələrinin enişi həyata keçirilir.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə vəziyyəti gərginləşdirmək və parçalamaq üçün terror aktları həyata keçiriblər. ABŞ və Avropa Birliyi PKK-ı terror təşkilatları siyahısına salıb.





Mənbə: https://report.az/region-xeberleri/turkiye-ordusu-bu-il-iraqda-831-terrorcunu-zerersizlesdirib/

Comments are closed, but trackbacks and pingbacks are open.