Türkiyə ordusu daha 10 PKK terrorçusunu məhv edib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Türkiyə ordusu PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib.

“Report”un məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 10 terrorçu məhv edilib.

Terrorçulara qarşı əməliyyat davam edir.





Mənbə: https://report.az/region-xeberleri/turkiye-ordusu-daha-10-pkk-terrorcusunu-mehv-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.