Türkiyə Qran-prisi: Sıralama turunun qalibi bəlli olub

Türkiyə Qran-prisi: Sıralama turunun qalibi bəlli olub



Turkiyə Qran prisi Siralama turunun qalibi bəlli olub

“Formula 1” üzrə Türkiyə Qran-prisində ikinci günə yekun vurulub.

“Report”un məlumatına görə, “Intercity Istanbul Park” trasındakı yarışda üçüncü sərbəst yürüş və sıralama turu gerçəkləşib.

Sərbəst yürüşdə “Alpha Tauri” komandasının pilotu Pyer Qasli bütün rəqiblərini geridə qoyub. İkinci yeri “Red Bull”dan Maks Ferstappen, 3-cü pilləni isə onun komanda yoldaşı Serxio Peres tutub.

Sıralama turunda isə “Mercedes”in sürücüsü Lüis Hemilton finişə birinci çatıb. Almaniya komandasının digər sürücüsü Valtteri Bottas 2-ci, Ferstappen isə 3-cü olub.

Qeyd edək ki, Türkiyə Qran-prisi oktyabrın 10-da başa çatacaq.





Mənbə: https://report.az/ferdi/turkiye-qran-prisi-siralama-turunun-qalibi-belli-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.