Türkiyə səfirliyinin əməkdaşları Şəhidlər xiyabanını və Bakıdakı türk əsgərlərinin memorialını ziyarət edib

Türkiyə səfirliyinin əməkdaşları Şəhidlər xiyabanını və Bakıdakı türk əsgərlərinin memorialını ziyarət edib


Bakının işğaldan azad edilməsinin 103-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları Şəhidlər xiyabanını və Bakıdakı türk əsgərlərinin memorialını ziyarət ediblər.

“Report” xəbər verir ki, Türkiyə səfiri Cahit Bağçının başçılıq etdiyi diplomatik missiya əməkdaşları Bakının azad edilməsi uğrunda bolşevik və erməni daşnak qüvvələri ilə döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsini yad ediblər.

Türk diplomatlar həmçinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad ediblər.





Mənbə: https://report.az/xarici-siyaset/turkiye-sefirliyinin-emekdaslari-sehidler-xiyabanini-ve-bakidaki-turk-esgerlerinin-memorialini-ziyaret-edibler/

Comments are closed, but trackbacks and pingbacks are open.