Türkiyə Super Liqası: “Fənərbağça” evdə məğlub olub

Türkiyə Super Liqası: "Fənərbağça" evdə məğlub olub



Turkiyə Super Liqasi Fənərbagca evdə məglub olub

Futbol üzrə Türkiyə Super Liqasında XX tura yekun vurulub.

“Report”un məlumatına görə, turun son oyununda “Fənərbağça” evdə “Adana Demirspor”u qəbul edib. Görüş qonqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qolu 29-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Enner Valensiya penaltidən fərqlənib. 34-cü dəqiqədə Gökhan İnler tarazlığı bərpa edib. 46-cı dəqiqədə isə Yunes Belhanda görüşdə son nöqtəni qoyub.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 33-ə çatdıran “Adana Demirspor” 4-cü pilləyə yüksəlib. “Fənərbağça” isə 32 xalla 5-ci sırada qalıb.





Mənbə: https://report.az/futbol-xeberleri/turkiye-super-liqasi-fenerbagca-evde-meglub-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.