Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü yanvarda keçiriləcək

Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb



Movlud Cavusoglunun Azərbaycana səfəri təxirə salinib

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin ilk görüşü növbəti ilin yanvar ayında keçiriləcək.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 telekanalına müsahibəsində deyib.

“Tarix hələ məlum deyil, lakin görüşün yanvarda baş tutacağı gözlənilir ”, – o bildirib.

O əlavə edib ki, yaxın günlərdə İstanbul və İrəvan arasında aviareyslər açılacaq.

Xatırladaq ki, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç ölkənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.





Mənbə: https://report.az/region-xeberleri/turkiye-ve-ermenistan-xususi-numayendelerinin-ilk-gorusu-yanvarda-kecirilecek/

Comments are closed, but trackbacks and pingbacks are open.